Qarabağ bölgəsini təmsil edən yeni klub Divizionu istəyir

12 Dekabr 2021 23:20 Qalmaqal 29 474
Qarabağ bölgəsini təmsil edən yeni klub Divizionu istəyir

"Məqsədimiz gələn mövsüm Divizionda çıxış etməkdir".

Bu sözləri "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan "Cəbrayıl"ın prezidenti və baş məşqçisi Cavid Hüseynov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə dünya futbolundan söz açan millinin keçmiş futbolçusu yeni yaratdığı klubun hədəflərindən söz açıb.

"Cəbrayıl" bir neçə ay öncə "dünyaya göz açıb". Qarabağ bölgəsini təmsil edən kollektiv debüt mövsümünü Region Liqasında keçirir.

Bakıda məskunlaşdığı üçün Paytaxt-Şimal zonasında mübarizə aparan komanda liderlər qrupunda yer alıb.

C.Hüseynov "Cəbrayıl"ın artıq rəsmi qeydiyyatdan keçdiyini, VÖEN və bank hesabının olduğunu, pillə-pillə inkişa etmək istədiklərini bildirib:

"Region Liqasında birinci ilimizi keçirsək də, elə indidən nəticə qazanmaq istəyirik. Ümid edirəm ki, gələn il də Divizionda olarıq. Ümumiyyətlə, gələcəyə hesabladığımız planlar çoxdur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?