Azərbaycanda iki məşqçi mübahisə etdi, AFFA sərt qərar verdi

24 Yanvar 2023 20:20 Qalmaqal 711
Azərbaycanda iki məşqçi mübahisə etdi, AFFA sərt qərar verdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, komitə AFFA Gənclər Liqasında keçirilən “Səbail” – “Neftçi” oyunundakı neqativ hallarla bağlı qərarlarını açıqlayıb.

“Səbail”in baş məşqçisi Müşviq Qənbərovla “Neftçi”dəki həmkarı İlyas Qurbanov arasında davamlı şəkildə mübahisə olub. Baş hakim tərəfindən qırmızı vərəqə alan hər iki mütəxəssis 5 oyunluq cəzalandırılıb.

“Neftçi”nin futbolçusu Oruc Məmmədov isə 82-ci dəqiqədə qeyri-idman hərəkətinə görə, meydandan kənarlaşdırıldıqdan sonra rəqib komandanın ünvanına qeyri-etik ifadələr işlədib.

Bu, onun 4 matçlıq diskvalifikasiya olunmasına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da