Azərbaycanda futbolçular dalaşdı - QALMAQALLI VİDEO

28 Noyabr 2022 19:00 Qalmaqal 736
Azərbaycanda futbolçular dalaşdı - QALMAQALLI VİDEO

Şamaxıda ara qarışıb, məzhəb itib.

"Şamaxı" - "Kəpəz" matçının son saniyələri gərgin anlara səhnə olub.

Əliyar Ağayevin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə qonaqların üzvü Elçin Əlicanov "Şamaxı"lı Fuad Bayramova qarşı sərt oynayıb.

Kobudluğun nəticəsində iki komandanın futbolçuları arasında qarşıdurma yaşanıb. Qalmaqalın sillə-təpik davasına çevrilməsinin qarşısını meydana axışan məşqçilər heyəti və digər işçilər alıb.

Nəticədə baş hakim bir neçə futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Oyun başa çatandan sonra məsələyə aydınlıq gəlib. Futbolçular əl sıxaraq az öncə yaşananları unutmağa çalışıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!