“Qarabağ”a görə “qara bazar” açan daha 22 nəfər saxlanıldı

18 Avqust 2022 20:20 Qalmaqal 469
“Qarabağ”a görə “qara bazar” açan daha 22 nəfər saxlanıldı

Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyunu çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.

Sportinfo.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyat üzrə təhvil verilib.

Həmin şəxslərin hər biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

Bundan əvvəl "Qarabağ" - "Viktoriya" oyununa bilet satışını həyata keçirən 7 nəfər saxlanılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti