
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilir.
"Karvan" doğma meydanda "Difai"ni qəbul edib.
Qarşılaşma Yevlax təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb. Ruslan Voronsov 72-ci dəqiqədə qapıçı Aleksandr Prikrotsovun səhvindən istifadə edərək, onlara qalibiyyət gətirən qolu vurub.
Ağsu təmsilçisi bu nəticəyə görə həm kiperindən, həm də hakimlərdən narazı qalmalıdır. Çünki Rauf Allahverdiyevin başçılıq etdiyi briqada Qarabağ qazilərinin komandasına münasibətdə qeyri-obyektiv davranıb.
Referinin qərəzi hələ 13-cü dəqiqədə özünü göstərib. «Karvan»ın müdafiəçisi Elvin İsmayılov cərimə meydançası daxilində Nazim Bağırovun ayağına zərbə endirsə də, «fit sahibi» penalti nöqtəsini göstərməyib.
Rauf utanmaq əvəzinə, «Difai»nin hücumçusuna sarı vərəqə verib.
O, daha sonra nəticəyə təsir göstərən növbəti səhvə yol verib. yevlaxlıların müdafiəçisi Anqenor Qnapi rəqib oyunçunun sifətinə təpik vursa da, referi yenə özünü görməzliyə vurub, penalti təyin etməyib.
Allahverdiyevin tərəfkeşliyi 69-cu dəqiqədə «bərq vurub». Belə ki, baş hakim Anqenor Qnapinin hərəkətini təkrarlayan Seymur Rəhimovu birbaşa qırmızı vərəqəyə «qonaq» edərək, müdafiəçini vaxtından əvvəl paltardəyişmə otağına yollayıb.
Güman ki, AFFA rəhbərliyi Rauf kimi hakimlərlə bağlı tədbir görəcək. Çün bu, «Difai»yə qarşı artıq neçənci belə haldır.
Vətən savaşında əlinə silah götürərək ermənilərlə döyühşmüş və qazi olmuş futbolçulara bu münasibət yolverilməzdir.
Kimlər günahkardısa, mütləq cəzalandırılmalıdır və hətta deyərdik ki, onlar qan analizinə cəlb olunmalıdır. Damarlarında axan qanın milli mənsubiyyətini dəqiqləşdirmək üçün.
"Karvan" 1/8 finalda "Lerik" - "Sumqayıt" cütünün qalibi ilə üz-üzə gələcək.
SPORTİNFO.AZ
Yevlax şəhər stadionu. 750 tamaşaçı |
|
||
|
|
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: