
«Məşqçilərimizin ünsiyyət qurmaq problemi var».
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Premyer Liqada çalışan əksər məşqçilərə məsləhət verib.
Bildirib ki, onlar tanınmış həmkarlarının təcrübəsindən istifadə etməli, nitq dili müəllimi ilə çalışmalı, media mənsublarıyla təmas qurmaq bacarığına yiyələnməlidir.
Tanınmış teleşərhçi xatırladıb ki, İngiltərədə məşqçilərin 70 faizi məhz mətbuatla yaşadıqları problem üzündən iş yerini itirib.
O, Samir Abasov, Vaqif Cavadov və Elmar Baxşıyevin cari mövsüm zaman-zaman KİV təmsilçiləri ilə konfliktə girməsinə diqqət yetirib, bu kimi halların yolverilməz olduğunu söyləyib.
Abbasov qeyd edib ki, istənilən məşqçinin üstünlüyü ünsiyyət yaratmaq fərasətindən başlayır.
SPORTİNOF.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN