SENSASİON AÇIQLAMALAR! "Transfer işində çoxlu maneələrlə üzləşirik" - VİDEO

11:40 Problem 481
SENSASİON AÇIQLAMALAR! "Transfer işində çoxlu maneələrlə üzləşirik" - VİDEO

“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet” verilişinin növbəti buraxılışı efirə gedib.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı FİFA agenti, “QOLAT Sport Services & Football Agency”nin direktoru Səid Bağırov olub.

Son aylarda Azərbaycan futbolunda kifayət qədər adı hallanan şirkətin rəhbəri önəmli açıqlamalarla diqqət çəkib.

Menecerlik sahəsində yeniliklər etməyə çalışdıqlarını vurğulayan S.Bağırov beynəlxalq əlaqələrdə önəmli məsafələr qət edildiyini deyib:

“Bir ilə yaxındır FİFA agentlərinin beynəlxalq tədbirlərində iştirak etməyə çalışıram. Davamlı şəkildə Türkiyədən və digər ölkələrdən olan futbol adamları ilə müzakirələr aparırıq.

Transfer işində çoxlu maneələr olur. Futbolçu təklif edilir, klubun idman dikrektoru razılaşır, prezident və ya baş məşqçi qarşı çıxır.

Normal haldır, bəyənməyə bilərlər. Burada əsas diqqətediləsi məqam ünsiyyətin düzgün qurulmasıdır.

Biz də şirkət olaraq, klublarla münasibəti bu istiqamətdə qurmağa çalışırıq. Hazırda böyük iddialarla çıxış etmirik.

Ölkəmizdə uzun illərdir bu işi düzgün görən həmkarlarımız var. Məqsədlərimizdən biri də azərbaycanlı gənc futbolçuların İsveçrə, İsveçə və digər ölkələrə keçidini reallaşdırmaqdır.

Avropada bir çox futbolçu var ki, onların Azərbaycan rəsmi təmsilçiləri bizim şirkətdir. İndi ad açıqlamayacam, qarşıdakı periodda bu barədə geniş məlumat verəcəyik”.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti