Rusiya klubu bu futbolçunu Azərbaycan vasitəsilə İrandan çıxarmaq istəyirlər

12:40 Problem 524
Rusiya klubu bu futbolçunu Azərbaycan vasitəsilə İrandan çıxarmaq istəyirlər

"Orenburq" futbolçusu Səid Saharhixan İrandan çıxa bilmir.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya klubunun idman direktoru İsmayıl İbrahimov "Sport-Ekspress"ə açıqlama verib.

O, hazırda 22 yaşlı hücumçunu komandaya gətirmək üçün mümkün variantlar arasında Azərbaycan vasitəsilə keçidi də düşündüklərini bildirib:

"İtaliya "İnter"inin futbolçusu Mehdi Taremi yeraltı marşrutla çıxmaq istəyirdi, amma bacarmadı.

Biz də bütün mümkün variantları - yeraltı marşrut, Azərbaycan vasitəsilə keçid, təyyarə ilə çıxışı öyrənirik. Amma hələlik vəziyyət bir neçə gün əvvəlki kimidir".

İranın hava məkanı iyunun 13-dən İsrailin zərbələri ilə əlaqədar bağlıdır.

Əslən ərdəbildən olan Səid Saharxizan "Orenburq"da 2024-cü ilin yayından çıxış edir. Ötən mövsüm o, 30 oyunda 8 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti