“Rəhbərliyimiz göstəriş verib, hansı biri uyğun qiymət təklif etsə…”

14 İyun 10:40 Problem 418
“Rəhbərliyimiz göstəriş verib, hansı biri uyğun qiymət təklif etsə…”

Yevlax şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesinə yaxın müddətdə başlanılacaq.

Bu barədə Sportinfo.az-a "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.

O, arenanın qazonunun süni olacağını bildirib:

"Prosesə yaxın zamanda başlanılacaq. Rəhbərliyimiz bununla bağlı göstəriş verib.

Hazırda bir neçə şirkətlə danışıqlar gedir. Hansı biri uyğun qiymət təklif etsə,o da bu işi görəcək.

"Karvan" olaraq ev oyunlarımızı mütləq doğma şəhərdə keçirmək istəyirik. Başqa yerə getmək fikrimiz yoxdur.

Çünki bizim ən böyük üstünlüyümüz azarkeşimizdir. Birinci Liqada özünüz də gördüz ki, stadiona hər həftə nə qədər insan gəlir.

Premyer Liqa oyunlarında isə burada boş yerə tapmaq ümumiyyətlə mümkün olmayacaq. Onların dəstəyi mütləq lazımdır.

«12-ci oyunçu»dan qətiyyən imtina etmək olmaz. Süni qazon belədir ki, 1-2 aya düzəltmək mümkündür.

Təbii otu saxlamaq həm çətindir, həm də vaxt aparır. Gərək biz 1 il başqa yerdə oynayaq ki, yeni meydança salınsın.

Biz belə eləsək, o azarkeş dəstəyini itirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:10 Çək və bizə göndər!