Bıçaqlanan Musayev daha bir açıqlama yaydı: Bu dəfə yazdı ki...

08:40 Problem 299
Bıçaqlanan Musayev daha bir açıqlama yaydı: Bu dəfə yazdı ki...

Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev yeni paylaşım edib.

Sportinfo.az xəbər verir ki, A.Musayev paylaşımında müəyyən şəxsə işarə edib.

Paylaşımdan belə hiss olunur ki, Araz Musayevin bıçaqlanmasını sifariş verən şəxs hələ tutulmayıb.

"Kiralıq qətilləri sifariş verən cinayətkarın tutulması üçün dövlətimizdən və millətimizdən dualarınızı gözləyirəm",-deyə O paylaşımında bildirib.

Bundan öncə Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib.

Digər Xəbərlər
Xəbər Lenti