
“Mənim belə şeylərlə qətiyyən aram yoxdur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və “Kəpəz”in sabiq müdafiəçisi Faiq Cabbarov deyib.
Gəncə futbol təsərrüfatındakı bu qədər dedi-qodunun, arxaca danışmağın, kimisə yıxmağa çalışmağın səbəbi nədir?
O, sualı belə cavablandırıb:
“Məni tanıyanlar xasiyyətimi yaxşı bilir. Həmişə də belə söhbətlər olan yerdən qaçmışam.
Məşqçinin işi nədir? Meydanda məşq keçmək, komandanı oyuna hazırlamaq, futbolçuların problemləri ilə maraqlanmaq, hansısa çətinlik yaşananda rəhbərliyin qapısını döymək.
Tarixən “Kəpəz”in futbolçuları “Neftçi”də oynayıb, Gəncə futbolun beşiyi hesab olunub. Deməli, Gəncədə istedadlar var, onları üzə çıxarıb inkişaf etdirmək lazımdır.
UGİM-də yarış keçirilirdi, oyunlara baxırdım. Sizi inandırım, elə uşaqlar var ki, onların əlindən tutub irəli aparmaq lazımdır.
Sahibsiz qalıb itib-batırlar.
Bu gün “Kəpəz”in heyətində olan Əli və Ümid Səmədov qardaşları hansı bölgədəndir? Gəncə futbolunun yetirmələridir”.