İllər sonra Premyer Liqaya dönən klub bu planı təxirə saldı - Yarım milyon lazımdır

6 İyun 17:40 Problem 951
İllər sonra Premyer Liqaya dönən klub bu planı təxirə saldı - Yarım milyon lazımdır

Yevlax şəhər stadionunun təmirə bağlanacağı vaxt ertələnib.

Bu həftə başlanmalı olan yenidənqurma işləri iyunun 15-dən sonraya saxlanılıb.

Gecikmə maliyyədən irəli gəlir. Belə ki, «Karvan» rəhbərliyi arenanın Premyer Liqaya yararlı hala gətirmək üçün tələb olunan büdcəni hələ ayırmayıb.

Mütəxəssislərin ilkin rəyinə əsasən, mövcud çatışmazlıqların aradan qaldırılması üçün minimum 500 min manat lazımdır. Göstərilən vəsaitin böyük qismi meydançaya sərf olunacaq.

16 ildən sonra Premyer Liqaya qayıtmış aran klubu təbii ot örtüyündən imtina etmək qərarına gəlib. Bura süni qazon salınacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi