
Sosial mediada Lənkəran şəhər stadionundan ən son vəziyyətini əks etdirən yayılıb.
Mənzərə kədərlidir.
Sportinfo.az xəbər verir ki, bir zamanlar Azərbaycan milli komandası və “Xəzər Lənkəran”ın iştirakı ilə UEFA oyunlarını belə qəbul etmiş ölkəmizin ın yaxşı arenalarından biri indi baxımsız vəziyyətdədir.
15 min tamaşaçı tutumu olmuş stadionun meydançasının ot örtüyü saralıb, tribunalarda skamyaların çoxu dağılıb.
Azarkeşləri ilə daim dolu olmuş və buna görə “Fırtınalat meydan” adı almış arena “Xəzər Lənkəran”ın 2016-cı ildə fəaliyyətini dayandırmasından sonra tədricən belə üzücü hala düşməyə başlayıb.
Düzdür, mediada ara-sıra stadionda təmir işlərinə başlanacağına dair xəbərlər yayılmışdı. Lakin bunlar olmayıb. Görünən odur ki, stadionun təmirə əsaslı ehtiyacı var. Və təkcə təmirə deyil.
Həm də orada daimi oynayacaq peşəkar statuslu komandaya - ikinci “Xəzər Lənkəran”a.
Cənub bölgəsinin futbolsuz qalması məyusluq doğurur (qol.az)...