
Şənbə günü Azərbaycan kubokunun final qarşılaşması baş tutacaq.
Sumqayıtda gerçəkləşəcək qarşılaşmada “Qarabağ” nominal meydan sahibi qismində “Sabah”ı qəbul edəcək.
Komandalar bu oyuna hərəyə bir itki ilə çıxacaq.
Ağdamlılar zədəli Aleksey İsayevin xidmətindən yararlana bilməyəcək. Mövsümün gedişində əməliyyat masasına uzanan Amin Seydiyev də prinsipial oyunu kənardan izləmək məcburiyyətindədir.
Hazırda komandalar düşərgəsində olan son durum belədir. Təbii ki, matçın başlama saatına qədər sürpriz itki olmasa.
Baş məşqçiləri sevindirən məqam “Qarabağ”la “Sabah”ın heç birində cəzalı futbolçunun olmamasıdır.
Mayın 31-də Mehdi Hüseynzad adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 19:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ