“Neftçi” ikinci Qurban Qurbanovu tapmaq istəyirsə... VİDEO

30 May 17:40 Problem 1 496
“Neftçi” ikinci Qurban Qurbanovu tapmaq istəyirsə... VİDEO

“Qarabağ”ın mətbuat xidmətinin keçmiş rəhbəri Nurlan İbrahimov “Neftçi“yə məsləhət verib.

ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində bu haqda danışan sabiq press-ateşe bildirib ki, “ağ-qaralar“ uğbursuzluq zolağından çıxmaq, azarkeşlərini sevindirmək istəyirsə, "Qarabağ" və “Zirə“nin inkişaf modelindən yararlanmalıdır.

Uzun illər “köhlən atlar“a xidmət göstərmiş N.İbrahimov qeyd edib ki, tez-tez baş məşqçi dəyişikliyinə əl atmaq kluba fayda verməyəcək.

Onun fikrincə, seçilən namizədin düzgün yol seçməsi əsasdır.

“Qarabağ“ rəhbərliyinin Qurban Qurbanovun qara gözünə, qara qaşına aşiq olmadığını vurğulayan müsahib deyib ki, komandanı çalışdıran şəxsin işə yanaşması bütün problemlərin həllində müstəsna rol oynayır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:00 Evləndilər - VİDEO