"Sülhə nail olmaq imkanını əldən vermək olmaz"

27 May 2025 07:40 Problem 729
"Sülhə nail olmaq imkanını əldən vermək olmaz"

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Konstitusiya Məhkəməsinin Azərbaycanla sülh müqaviləsini təsdiq etmədiyi halda, Ermənistan Konstitusiyasına dəyişikliklərin təşəbbüskarının şəxsən özü olacağını bildirib.

N.Paşinyan bu barədə “Yerevan Dialogue” forumunda çıxışında danışıb.

“Biz müqaviləni Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Konstitusiyaya dəyişikliklərin edilməsinin təşəbbüskarı olacağam. Çünki hesab edirəm ki, sülhə nail olmaq imkanını əldən vermək olmaz”, - deyə Paşinyan qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti