Buradan gedən baş məşqçinin 10 aydır PULUNU VERMİRLƏR

27 May 02:00 Problem 296
Buradan gedən baş məşqçinin 10 aydır PULUNU VERMİRLƏR

“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov hazırkı komandası “Vorskla”da ciddi problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Ukrayna klubunda maaşların aylarla verilməməsindən narazıdır.

Maksimov futbolçuların 6 aydır, həkimlərin və işçilərin isə 10 aydır məvacib almadıqlarını açıqlayıb.

O, əcnəbi futbolçuları oyuna çıxmağa razı salmaq üçün dəridən-qabıqdan çıxdığını bildirib: “Maraqlıdır ki, bu cür şəraitə baxmayaraq, rəhbərlik nəticə tələb edir”.

“Vorskla” 29 turdan sonra Ukrayna Premyer Liqasında 26 xalla 13-cü pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti