Bölgə klubunda kütləvi etiraz - AFFA köməyə çata biləcək?

20 May 17:00 Problem 375
Bölgə klubunda kütləvi etiraz - AFFA köməyə çata biləcək?

"Kür Araz"da futbolçuların kütləvi etirazı baş verib.

Buna səbəb rəhbərliyin maaşları ödəməməsidir.

Konkret danışası olsaq, söhbət 5 futbolçudan gedir.

Bunlar Həsənli Eltun, İlkin Hüseynov, Nicat Fərəcli, Cavidan Musazadə və Bayram Əliyevdir.

Dəfələrlə klub rəsmilərinə müraciət edilsə də bir nəticə hasil olmayıb.

Adıçəkilənlər son çarə kimi AFFA-nın qapısını döyməkdə görür.

Hətta siyahıda yer alanlar çempionatın son görüşündə meydana çıxmamağı da düşünür.

Aran təmsilçisi 26 turdan sonra 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.

Komanda sonuncu turda "Ağdaş"ı qonaq edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti