Kloze Emrelinin şansını dəyərləndirdi: "Oynaya biləcək"

16 May 2025 02:10 Problem 832
Kloze Emrelinin şansını dəyərləndirdi: "Oynaya biləcək"

"Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin ikinci Bundesliqanın 34-cü turunun mayın 18-də "Ayntraxt" (Braunşveyq) ilə keçirəcəyi oyunda meydana çıxa bilər.

Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, əzələ problemlərinə baxmayaraq, 27 yaşlı hücumçu bu oyun üçün heyətdə yer alacaq.

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze bu görüşdə iştirakını, eləcə də oxşar problemi olan Ondjey Karafiatın durumunu dəyərləndirib:

"Problem olmasa, hər ikisi oynaya biləcək. Həm Karafiat, həm də Mahirin oynamaq şansı var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı