“Bu klubun rəhbərliyi özbaşınalıq edir, AFFA-nı saymır”

19:40 Problem 507
“Bu klubun rəhbərliyi özbaşınalıq edir, AFFA-nı saymır”

“AFFA “Mingəçevir”ə lisenziya verməklə səhv edib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında adıçəkilən klubun sabiq məşqçisi Elnar Kərimov deyib.

Ötən ilin yayında «işıqçılar»la birillik müqavilə imzalayan, bu ilin yanvarında isə işindən uzaqlaşdırılan qapıçılar üzrə mütəxəssis «Mingəsevir»in onun və həmkarı Namiq İbrahimli qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmədiyini, federasiyanın isə bu kimi neqativ halları görməzdən gəldiyini bildirib:

«AFFA-nın lisenziyalaşdırma işlərinə baxan şəxsləri bu məsələyə səhlənkar yanaşıb. Biz bir müddət əvvəl AFFA-ya müraciət etmişik.

Klub rəhbərliyinin bizə pul borcunun olduğunu, əvvəlki ayların maaşlarını isə yarımçıq verdiyini bildirmişik. Vəkilimiz də problem barədə AFFA-nı yetərincə məlumatlandırıb.

«Mingəçevir» təkcə mənə 5000 manat ödəməlidir. Mənimlə birlikdə burada işləmiş Namiq İbrahimliyə də bir xeyli borcları var.

Bütün bunları bildikləri halda, AFFA niyə bu klubun lisenziyalaşdırma meyarlarına cavab verdiyini açıqlayır? «Mingəçevir»in rəhbərliyi AFFA-nı saymır.

Bəs AFFA-da çalışanlar bu qanunsuzluğa necə göz yumur? Bəlkə «Mingəçevir»i himayəsinə götürmüş şəxslərdən qorxurlar?

Bütün bu problemləri çıxaran klubun əvvəlki rəhbəridir, Ayaz. Bir də ki, ASTA-dan «Mingəçevir»ə baxan şəxs.

Yalandan iddia edirlər ki, yanvardan məşqə gəlməmisən, ona görə də pulunu vermirik. Heç bir əsası olmayan akt hazırlayıblar və dörd nəfər ora qol çəkib.

Komandaya yeni məşqçi korpusu gətiriblərsə, biz neyləməli idik? Füzuli Məmmədov və adamları məşq keçəcək, biz də kənarda dayanıb əl çalmalı idik?

AFFA rəhbərliyindən xahişimiz budur ki, bu məsələni öz nəzarətlərinə götürsünlər. Onların etibarından istifadə edən bəzi alamlar «Mingəçevir» rəhbərliyinin özbaşnalıqlarına göz yumur, haqqımızı tapdalayırlar.

Araşdırsalar, özləri də görəcəklər ki, «Mingəçevir» lisenziyalaşdırma tələblərini kobud şəkildə pozub.

Bu klubun növbəti mövsüm Birinci Liqada çıxış etməsi üçün AFFA tələb etməli idi ki, keçmiş məşqçilərinizin borcunu ödəyin».

Digər Xəbərlər
Xəbər Lenti
13 May 11:00 O olmasın, bu olsun!