
Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var.
Belə ki, 2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib.
Rəsmi statistika göstərir ki, banklardan borclananların sayı sürətlə artır.
Həmin şəxslər borclarını ödəmədiyi təqdirdə, hansı qanuni tədbirlər görülə bilər?
Globalinfo.az-a danışan vəkil Turan Abdullazadə deyib ki, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.