
“Birinci və İkinci Liqada elə hakim səhvləri olur ki, dəhşətə gəlirsən.
Sanki “Difai”yə qarşı kampaniya aparılır.
Onların əleyhinə olan açıq hakim səhvləri qərəzdən başqa bir şey deyil. Göz görə-görə komandanı “sındırmağa” çalışırlar. Ancaq bu klubda çalışanlara qarşı belə qərəzin sonu görünmür.
Asəf Məlikov Sportinfo.az saytında göndərdiyi məktubda çox möhtəşəm müqayisə aparıb. Amma inanırıq ki, ədalətsizliklər komandanı məqsədindən döndərməyəcək”.
Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet”də səslənib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə Birinci Liqada hakim səhvlərinin geniş xarakter almasından danışıb, “Difai”yə qarşı edilən haqsızlıqları və ədalətsizlikləri kəskin şəkildə pisləyiblər.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN