“Millinin üzvü olan bir çox futbolçu əsgərliyə yollanmağa məcburdur”

02:00 Problem 185
“Millinin üzvü olan bir çox futbolçu əsgərliyə yollanmağa məcburdur”

Azərbaycan klublarının akademiyalarının koordinatorları AFFA-da Yarışların Təşkili Departamentinin əməkdaşları ilə görüşdə ən böyük problemin yaşı 18-ə çatmış gənc futbolçularla bağlı olduğunu qabardıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a “Zirə” Futbol Akademiyasının koordinatoru Zaur Həşimov açıqlama verib.

O, milli assosiasiyada gerçəkləşmiş toplantının təfərrüatları barədə danışıb:

"Düşünürəm ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərovun təşəbbüsü ilə təşkil edilən bu görüş çox faydalı oldu. Bunun mütəmadi olaraq baş tutmasını istərdim.

Mövzu aşağı yaş qrupları üzrə liqaların keçirilməsi idi. Akademiya rəhbərləri müxtəlif təkliflər irəli sürdülər.

Növbəti mövsüm çempionatların, xüsusən də Gənclər Liqasının keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər təqdim edildi".

Z.Həşimov təşkilatçıların fikir və təklifləri diqqətlə dinlədiyini və qeydlər apardıqlarını vurğulayıb:

"Koordinatorlar ən böyük problemin yaşı 18-ə çatmış gənc oyunçularla bağlı olduğunu bildirdilər. Bu yaşa çatan və aralarında milli komandanın üzvü olan bir çox futbolçu əsgərliyə yollanmağa məcbur olur. Belədə perspektivli gənclərin karyerasına son qoyulur.

Təşkilatçılar fikir və təklifləri diqqətlə dinləyib qeydlər apardılar. Bu görüşün növbəti mövsüm üçün yarışların keçirilməsində böyük faydası olacaq".

Digər Xəbərlər
Xəbər Lenti