
"Şəfa" və "Şahdağ Qusar" komandaları arasında gərginlik pik həddə çatıb.
Xəbər verdiyimiz kimi, bu iki komanda İkinci Liqanın 24-cü turunda Bakıda üz-üzə gələcək.
Meydan sahibləri bir neçə gün əvvəl oyuna giriş üçün biletlərin qiymətinin 10 manat olduğunu elan etmişdi.
Bu da qusarlı azarkeşlərin narazılığı ilə qarşılanmışdı.
Hələ bu harasıdır.
Qonaq tərəf 10 manatlıq bilet üçün qarşı tərəfə müraciət edib və aldığı cavabdan şoka düşüb.
Onlara cəmi 514 bilet ayrıla biləcəyi deyilib.
Səbəb isə göstərilib ki, bütün biletlər satılıb.
Oyunun keçiriləcəyi "ASK Arena"nın tutumu 8125 nəfərlikdir.
Deməli, qonaq komandaya əsasnamədə göstərilən 20% yer belə ayrılmayıb.
Bu da "Şahdağ" rəhbərliyi və azarkeşlərinin ciddi narazılığı ilə qarşılanıb.
XANOĞLAN / SPORTİNFO.AZ