
Almaniya II Bundesliqasının son turunda "Fortuna" ilə görüşdə əlindən xəsarət alan "Nürnberq"in hücumçusu Mahir Emreli bu gün məşqlərə başlayıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu komandanın dünənki məşqinə qatılmayıb.
Metakarpal (əl sümüyü) sınığı aşkarlanan Azərbaycan millisinin üzvünün məşqə xüsusi hazırlanmış şinlə çıxmağı məsləhət görülüb.
Ötən gün həmin şin hazır olmadığı üçün Mahir məşq edə bilməyib.
Emreli qoruyucu şinlə komanda ilə birlikdə məşqdə iştirak edib. Onun qarşıdakı oyunlarda da meydana bu şəkildə çıxması gözlənilir.
Ыon vaxtlar oyununda irəliləyiş olan Mahir Emreli ardıcıl 3 matçda 4 qol vurmağı bacarıb.