
“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis bir çoxlarının dünyanın ən seksual qadın futbolçusu hesab etdiyi sevgilisi Alişa Lemanndan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.
Məlumata görə, cütlüyün ayrılmasına səbəb gələcək planlarının fərqli olması olub. Duqlas Luis cari mövsümün sonunda “Yuventus”u tərk etmək istəyir, Lemann isə Turin nəhənginin qadın komandasında çıxış edir və klubu dəyişmək istəmir.
“Yuventus”a keçdikdən sonra Duqlas Luis start oyunçusu ola bilmədi və bu mövsüm cəmi 23 matçda iştirak edib və qol vurmayıb.
26 yaşlı braziliyalının karyerasını davam etdirməsi üçün ən çox ehtimal olunan variant “Nottingem Forest”dir.
2024-cü ilin yayında cütlük eyni vaxtda “Aston Villa”dan “Yuventus”a keçmişdi. “Yuven”in qadın komandası cari mövsümdə İtaliya çempionu olub.