AFFA-yla bağlı şikayət təmin olundu – Mübarizə get-gedə qızışır

17 Aprel 20:00 Problem 1 552
AFFA-yla bağlı şikayət təmin olundu – Mübarizə get-gedə qızışır

Keçmiş futbolçu Mirhüseyn Seyidovla AFFA arasındakı məhkəmə çəkişməsi davam edir.

Futboldan ömürlük uzaqlaşdırılması ilə razılaşmayan Seyidov bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmişdi.

Məhkəmə nümayəndəsi yanvarın 31-də tərəflərin mövqelərini dinlədikdən sonra işi baxışlmamış saxlayıb, məsələyə hüquqi qiymət verilməsi üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunmasının vacibliyini qeyd etmişdi.

Zərəçəkən tərəf Xətai Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmadığından, apellyasiya şikayəti etmişdi.

Aprelin 17-də Bakı Apellyasiya Məhkəməsində şikayət təmin olunaraq, işə baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndərilib.

Bununla da məhkəmə AFFA-nın Nizamnaməsində olan “İdmançıların məhkəməyə müraciət hüququ”nu məhdudlaşdıran normaları qəbul etmədiyini bildirərək, idmançıların məhkəməyə maneəsiz müraciət edə biləcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, vaxtilə “Neftçi” və “Keşlə”də top qovan, Azərbaycanın U-21 millisinin kapitan sarğısını daşıyan Mirhüseyn Seyidov 2017-ci ilin dekabrında oyun nəticələrinin manipulyasında iştiraka görə İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıb.

İş 2018-ci ildə AFFA-nın müraciəti əsasında Bakı Şəhər Prokurorluğuna göndərilsə də, dövlət orqanı futbolçu barəsində başladılan cinayət işinə xitam verib.

Seyidov, barəsində çıxarılan qərarın doğru olmadığını əsas gətirərək, məhkəmədən həmin qərarın ləğvini istəyir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!