
Qadağan olunmuş dərman qəbul etdiyinə görə diskvalifikasiya edilən “Mançester Yunayted”in keçmiş futbolçusu Pol Poqba karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi İspaniya, Fransa və Almaniya çempionatlarında oynamağa hazırdır.
Bundan əlavə, Poqbanı Səudiyyə Ərəbistanı və MLS də cəlb edir. Onun yaşıl meydanlara qayıdışı 2025/26 mövsümündə gözlənilir.
32 yaşlı oyunçunun son iş yeri “Yuventus” olub. O, hazırda azad agentdir.