PFL-in prezidenti iki aydan sonra növbəti dəfə əməliyyat olunacaq

15 Mart 04:50 Problem 340
PFL-in prezidenti iki aydan sonra növbəti dəfə əməliyyat olunacaq

Sportinfo/az xəbər verir ki, Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov iki aydan sonra növbəti dəfə əməliyyat olunacaq.

Cərrahi müdaxilə martın ortalarında nəzərdə tutulsa da, həkimlərin qərarına əsasən, may ayında Bakıda gerçəkləşəcək.

Hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?