Tanınmış şəxs Azərbaycanda çıxış edən futbolçunun müdafiəsinə qalxdı - VİDEO+FOTO

29 Aprel 09:40 Problem 1 051
Tanınmış şəxs Azərbaycanda çıxış edən futbolçunun müdafiəsinə qalxdı - VİDEO+FOTO

Bilindiyi kimi, "Difai"nin kamerunlu hücumçusu Kristian Kamta UEFA və FİFA-ya şikayət məktubu göndərib.

O, çıxış etdiyi I Liqada irqçiliyə məruz qaldığını bildirib. Afrikalı legioner ona münasibətdə hakimlərin ayrı-seçkiliyə yol verməsindən şikayətlənib.

Məktubda vurğulayıb ki, çempionata təyinat alan «fit sahibləri» futbolçular arasında fərq qoyur, rəng seçir.

Kristian bu kimi hallardan dərin sarsıntı keçirdiyini, bəzən Azərbaycandan birdəfəlik getmək niyyətinə düşdüyünü, yalnız «Difai»yə görə burada qaldığını vurğulayıb:

«Mən oyunların təşkilini həyata keçirən PFL, futbolun inkişafı və qaydalarına riayət olunmasına cavabdeh olan AFFA, Azərbaycanda idman sahəsi üzrə cavabdeh qurum olan Gəncləe və İdman Nazirliyinə, Azərbaycanda yaşayan bütün insanların hüquqlarının qorunmasına cavabdeh və qarant olan Azərbaycan Prezidentinə, FİFA və UEFA-ya haqqlarımın qorunması üçün müraciət edirəm».».

Kamtanın atdığı addım artıq sosial şəbəkələrdə də geniş müzakirə olunmağa başlayıb. Bir sıra tanınmış ictimai fəal tərəfindən forvarda dəstək nümayiş etdirib.

Belə ki, onlardan Kübra Kamil həmvətənlərinə müraciət edərək, bu cür hərəkətlərə son qoymağa səsləyib. O, bunun bizim mentalitetimizə uyğun olmadığını xatırladıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!