"Özümüzdə yetişmir, xaricdə doğulanlar da o səviyyəyə çata bilmir" - VİDEO

10 Dekabr 2024 16:00 Problem 682
"Özümüzdə yetişmir, xaricdə doğulanlar da o səviyyəyə çata bilmir" - VİDEO

"Özümüzdə yetişmir, xaricdə doğulanlar da o səviyyəyə çata bilmir".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində “Lion”un hücumçusu Jorj Mikuatadzedən danışıb.

Tanınmış teleşərhçi bildirib ki, biz Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"a qol vuran gürcüstanlı səviyyəsində futbolçu yetişdirməyi bacarmamışıq.

Abbasov deyib ki, Jorj Fansada doğulsa da, tarixi vətəninin millisini seçib və Avropa çempionatının final mərhələsində adından söz etdirib:

"Bizim bu mənada heç bəxtimiz gətirməyib. Başqa ölkədə doğulan azərbaycanlı futbolçulardan heç biri Mikuatadze kimi böyük klubların formasını geyinib.

Vaxtilə Almaniyanın aşağı yaş qurplarının şərəfini qorumuş Renat Dadaşov Dortmund "Borussiya" səviyyəsinə çatmadı".

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!
16 Fevral 07:30 Onlar 2800 manat alacaq