COP29

Oğul Bakıda qəza törətdi, ata hamamda huşunu itirdi, infarkt həddinə çatdı

19 Sentyabr 03:10 Problem 1 407
Oğul Bakıda qəza törətdi, ata hamamda huşunu itirdi, infarkt həddinə çatdı

Formula 1 pilotu Serxio Peresin atası Antonio Peres Azərbaycan Qran Prisində oğlunun keçirdiyi qəzadan sonra infarktdan əvvəlki vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sportinfo.az xəbər verir ki, “Red Bull” pilotu Karlos Sayns və “Ferrari” sürücüsü Serxio Peres Bakı küçələrində yarışın bitməsinə iki dövrə qalmış toqquşublar.

“The Sun”un Peresin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 65 yaşlı Antonio Peres bazar günü Mexikodakı evinin hamamında huşunu itirib.

Təcili yardım həkimləri onu infarktdan əvvəlki vəziyyətdə tez bir zamanda xəstəxanaya çatdıra biliblər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik