Dövlətə borcu olan legionerin Azərbaycandan çıxışına qadağa qoyuldu

2 İyun 22:40 Problem 1 375
Dövlətə borcu olan legionerin Azərbaycandan çıxışına qadağa qoyuldu

"Keşlə”nin (indiki "Şamaxı”) sabiq legioneri Omar Qudiabinin Azərbaycandan çıxışına qadağa qoyulub.

Sportinfo.az xəbər verir ki, buna səbəb seneqallı oyunçunun vergi borclarını ödəməməsi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi tərəfindən məhkəməyə verilən Qudiabinin işinə Bakı Kommersiya Məhkəməsində baxılıb.

Xüsusi icraat qaydasında aparılan işin nəticəsinə əsasən futbolçunun ölkədən çıxışı məhdudlaşdırılıb.

Bu da o anlama gəlir ki, Qudiabi Azərbaycana dönəcəyi təqdirdə vergi borcunu ödəyənə qədər sərhədlərimizdən kənara çıxa bilməyəcək.

28 yaşlı seneqallı hücumçu 2021-2022 mövsümündə "Keşlə”nin (indiki "Şamaxı”) formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu