“İlham Əliyev heç bədbəxt avropalıları Qarabağa buraxmadı, kim ora gedər?”

24 May 2023 13:50 Problem 6 058
“İlham Əliyev heç bədbəxt avropalıları Qarabağa buraxmadı, kim ora gedər?”

“Qərb Bakıya hər hansı ciddi təzyiq göstərmək niyətində deyil, Moskva bunu etmək istəyərdi, amma edə bilmir. Çünki başqa problemlərlə məşğuldur”.

Bu barədə NEWS.am-a açıqlamasında politoloq Aleksandr İsgəndəryan Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarını şərh edərkən deyib.

Politoloqun fikrincə, vəziyyət olduğu kimi davam edəcək.

İsgəndəryan deyib ki, hər hansı təzyiqlə bağlı heç bir beynəlxalq mexanizm ola bilməz. Beynəlxalq aktorlar ən yaxşı halda indi elədiklərini edə-İlham Əliyevə zəng edə bilərlər.

Onun fikrincə, Azərbaycanın nəzarətində olan ərazilər üçün beynəlxalq təminat mexanizmlərindən danışmaq real deyil: “Ora kim gedər? İlham Əliyev kimi ora buraxar. Azərbaycan hətta cəmi 10 nəfər olan bədbəxt avropalı müşahidəçiləri belə həmin ərazilərə buraxmadı. Sülhməramlı qüvvələri Azərbaycan ərazisinə buraxmaq üçün Azərbaycanın razılığı olmalıdır. Belə bir təminatı isə mən təsəvvür etmirəm”.

“İnsanların bu ərazidə yaşaması üçün hansısa beynəlxalq sistemin iştirakı ilə hansısa status lazımdır. Bu gün belə bir bunu özüm üçün təsəvvür edə bilmirəm”-deyə politoloq vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti