Kapitanı riskə atmadı - Azərbaycanla oyuna çıxma, dincəl!

23 Mart 2023 11:00 Problem 305
Kapitanı riskə atmadı - Azərbaycanla oyuna çıxma, dincəl!

Avstriya yığmasının futbolçusu David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan ilə keçiriləcək oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilib ki, bir aydır zədə ucbatından yaşıl meydanlardan uzaq qalan kapitan yığmanın heyətində məşqlərini bərpa etsə də, seçmə mərhələdəki ilk görüşdə iştirak etməyəcək.

Baş məşqçi Ralf Ranqnik onu Estoniya ilə qarşılaşmaya hazırlayır. Almaniyalı mütəxəssis komandanın liderini riskə atmamaq üçün bu qərarı verib.

Martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Avstriyalılar bundan üç gün sonra eyni stadionda Estoniya yığmasını qəbul edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti