"Azərbaycanın erməni sakinlərinin reinteqrasiyasına əngəl törətməyə son qoymalıdır"

20 Mart 2023 18:30 Problem 216
"Azərbaycanın erməni sakinlərinin reinteqrasiyasına əngəl törətməyə son qoymalıdır"

"Ermənistan Azərbaycanın erməni sakinlərinin reinteqrasiya məqsədli təmaslarına əngəl törətməyə son qoymalıdır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.

“Məlum olduğu kimi, hələ 2020-ci il müharibəsindən əvvəl Baş nazir Nikol Paşinyan hakimiyyətə gələn ilk gündən etibarən Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdı. N.Paşinyanın rəhbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etdiyi, cəzasızlıq sindromuna qapılaraq 2020-ci il iyul toqquşmalarından sonra Azərbaycana qarşı 7 əsassız şərt irəli sürməsi yaxşı məlumdur. Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq, indi də Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə erməni sakinlərinin nümayəndələrini növbəti dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir. Ermənistan tərəfinin bununla son iki ildə yeni Laçın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqu həzm etmədiyi görünür. Ermənistan tərəfinin “reinteqrasiya” termininə düşmən münasibətini gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı çağırış kimi qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni forma və yeni adlar altında davam etdirmək niyyətindən xəbər verir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır”, - sözçü qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti