“Şəxsiyyətsizlər oğurluq edir, qiymətləri 5 qat qaldırır” - Etiraz dolu paylaşım

7 Fevral 2023 22:00 Problem 789
“Şəxsiyyətsizlər oğurluq edir, qiymətləri 5 qat qaldırır” - Etiraz dolu paylaşım

Türkiyə millisinin və “Lester Siti”nin müdafiəçisi Çağlar Söyüncü ölkəsində baş verən zəlzələdən istifadə edib qiymətləri qaldıranları tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib:

“Bütün ölkə yas içindədir. İnsanların qurtarılması üçün işlər görülürü. Amma insanlıqdan payını almamış şəxsiyyətsizlər oğurluq edir, qiymətləri 5 qat qaldırır.

Ədyalların qiymətlərini pik həddə çıxarıblar. Bunları izləmək lazımdır, cəzasız qalmamalıdırlar”.

Türkiyədə baş vermiş zəlzələdən sonra ölkədə 7 günlük matəm elan olunub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu