
Tanınmış telejurnalist Nail Kəmərli öz «yutub» kanalında növbəti süjeti futbol «qumar»ından əziyyət çəkən gəncə həsr edib.
28 yaşlı şəxs 14-15 yaşlarından etibarən bu xoşagəlməz vərdişə aludə olduğunu, hazırda isə borc içində «batdığını» bildirib.
Müsahib borclu olduğu şəxslərin onu ölümlə hədələdiyini, Gəncədəki evinə – ata-anasının yanına qayıtmağa qorxduğunu söyləyib.
Qumarbaz deyib ki, xarici bukmeyker kontorları hələ də Azərbaycanda onlayn bazara çıxış imkanlarını saxlayır və müştəriləri aldatmaqla məşğuldur.
Belə ki, «1xbet», «mostbet» kimi xarici kontor saytları udulan vəsaiti müxtəlif bəhanələrlə onlara ödəmir.
SPORTİNFO.AZ