“Zəmanət verə bilərik ki, başqa heç kim bura müharibə gətirməyə cəsarət etməyəcək”

1 Oktyabr 03:40 Problem 392
“Zəmanət verə bilərik ki, başqa heç kim bura müharibə gətirməyə cəsarət etməyəcək”

“Vladimir Putinlə birgəyaşayış barədə razılaşmaq mümkün deyil, Ukrayna başqa bir Rusiya Prezidenti ilə danışıqlar aparacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Ukrayna danışıq səylərində lider olub və lider olaraq qalır. Məhz bizim dövlət Rusiyaya həmişə bərabərhüquqlu birgəyaşayış haqqında razılığa gəlməyi təklif edib və danışıqlarda lider olaraq qalır. Rusiyaya həmişə bərabər, vicdanlı, layiqli və ədalətli şəraitdə birgəyaşayış haqqında razılaşmağı təklif edən bizim dövlətimizdir. Aydındır ki, bu Rusiya Prezidenti ilə bu mümkün deyil”, - deyə Zelenski bildirib.

Zelenski onu da bildirib ki, V.Putin ləyaqət və dürüstlüyün nə olduğunu bilmir:

“Buna görə də biz artıq başqa bir Rusiya Prezidenti ilə dialoqa hazırıq. Biz artıq faktiki olaraq əldə etdiyimiz hər şeyi qanuni şəkildə düzəltməliyik. Məhz Ukraynada demokratiyanın taleyi tiranlıqla qarşıdurmada həll olunur. Məhz burada biz bütün Avropa dövlətlərinin sərhədlərinin möhkəmliyini dövlət sərhədlərimizin gücü ilə birləşdirə bilərik. Biz zəmanət verə bilərik ki, başqa heç kim qitəmizə müharibə gətirməyə cəsarət etməyəcək”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 15:30 Mötərizədəki Qarabağ