COVID-19-dan DAHA ÖLÜMCÜL virus tapıldı - Yeni pandemiya başlayır?

28 Sentyabr 2022 18:50 Problem 719
COVID-19-dan DAHA ÖLÜMCÜL virus tapıldı  - Yeni pandemiya başlayır?

2019-cu ilin son aylarında həyatımıza daxil olan koronavirus (COVID-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub.

Virusa yoluxma statistikasında azalma müşahidə olunsa da, pandemiya hələ də başa çatmayıb.

Dünya COVID-19-dan qurtulmamış Rusiyadan gələn yeni virus xəbəri epidemiyanı bir daha gündəmə gətirib.

"Khosta-2" adı verilən yeni və daha ölümcül virus Rusiyanın Soçi Milli Parkında yarasalarda aşkar edilib.

"Khosta-2" üzərində eksperimentlər aparan ABŞ virusoloqları xəbərdarlıq ediblər ki, bu patogen pandemiya zamanı istifadə olunan vaksinlərə tamamilə davamlıdır.

Laboratoriya tədqiqatları həm Moderna, həm də Pfizer peyvəndlərinin hər iki dozasının virusa təsir etmədiyini ortaya qoyub.

Alimlər aşkar ediblər ki, "Khosta-2" koronavirus kimi insan hüceyrələrinə asanlıqla yapışa bilir.

Araşdırmanın nəticələri "PLoS Pathogens" jurnalında dərc olunub. Mütəxəssislər qeyd edir ki, yeni virus qlobal sağlamlıq üçün təhlükə yaradır, buna görə də universal koronavirus peyvəndlərinin hazırlanmasına təcili ehtiyac var.

Digər Xəbərlər
Xəbər Lenti