Avropa klubu “Neftçi”nin sabiq müdafiəçisinə müqaviləni pozmağı təklif etdi

10 Avqust 2022 21:00 Problem 2 325
Avropa klubu “Neftçi”nin sabiq müdafiəçisinə müqaviləni pozmağı təklif etdi

“Neftçi”ni ötən ilin yayında “Visla”yə dəyişən Anton Krivotsyuk klubunu dəyişə bilər.

Plotsk təmsilçisi Azərbaycan yığmasının müdafiəçisinə 2 illik müqaviləyə vaxtından əvvəl ikitərəfli xitam verməyi təklif edib.

Onun son sözünü deməsi üçün 10 gün vaxtı var.

Həftəsonu Polşa çempionatında 4-cü turun oyunları keçirilib. “Visla” doğma meydanda Poznan “Legniça” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:1.

Krivotsyuk keçən turlarda olduğu kimi, bu görüşün də iştirakçısı olmayıb, sonadək ehtiyatda qalıb. “Visla” 4 turdan sonra 12 xalla 18 iştirakçı arasında liderdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”