Bölgədən olan azarkeş nazirə səsləndi: “Oturacaq verməli idiz, hələ bir iş yoxdur”

8 Avqust 2022 20:40 Problem 715
Bölgədən olan azarkeş nazirə səsləndi: “Oturacaq verməli idiz, hələ bir iş yoxdur”

Bölgədə yaşayan futbol azarkeşi nazirə səslənib.

Mingəçevirdən olan Elnur Quliyevi bunu etməyə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun “Energetik” azarkeşlərini intizarda qoyması səbəb olub.

Elnur adlı şəxs “feysbuk” hesabında post paylaşaraq Qayıbova müraciət edib:

“Cənab nazir, bildiyim qədərilə Mingəçevir şəhər stadionuna 2000 oturacaq verməli idiniz. Çempionatın başlamasına 20 gün qalıb, amma stadionda oturacaqlarla bağlı hələ bir iş yoxdur.

Güman edirik tezliklə oturacaqların quraşdırılmasına başlanar. Stadionumuz 5200 yerlikdir və hər oyuna 3-4 min azarkeş gəlir”.

Növbəti mövsümdən Birinci Divizionda iştirak edəcək “Energetik” ev oyunlarını Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirir ki, çempionatın startı ilə bağlı arenada təmir-bərpa işləri davam etdirilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti