İlham Əliyev: “Erməni hərbi birləşmələrinin ünsürləri torpaqlarımızdan çıxarılmalıdır”

6 Avqust 2022 01:20 Problem 571
İlham Əliyev: “Erməni hərbi birləşmələrinin ünsürləri torpaqlarımızdan çıxarılmalıdır”

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı vurğulayıb ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri torpaqlarımızdan çıxarılmalıdır.

İlham Əliyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazilərimizdən çıxarmayıb.

Həmçinin, qanunsuz erməni hərbi birləşmələrinin də ərazilərimizdə öz mövcudluğunu davam etdirdiyini deyən dövlət başçısı artıq 2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr Bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!