“Xəzər Lənkəran”a görə həbsə düşmüş şəxsin Mənsimovla görüşünə kim(lər) mane olur?

24 İyun 2022 19:40 Problem 1 025
“Xəzər Lənkəran”a görə həbsə düşmüş şəxsin Mənsimovla görüşünə kim(lər) mane olur?

“Xəzər Lənkəran”ın tanınmış fanatlarından olan Elman Tağıyev Türkiyəyə köçüb.

9 il öncə “Xəzər Lənkəran” Mərkəzi Stadionunda yaşanmış hadisələrə görə həbs oluinmuş və bir neçə il “dəmir barmaqlıqlar” arasında qalmış tərəfdar bundan sonra qardaş ölkədə qalmağı və işləməyi planlaşdırır.

Ancaq orada da sevimli komandasını unutmur.

Belə ki, “Eliko” ləqəbli fanat cənub təmsilçisinin gələcək taleyi ilə bağlı klubun yaradıcısı olan Mübariz Mənsimovla görüşməyi planlaşdırır.
Hətta bu məqsədlə bir neçə dəfə cəhd göstərib.

Ancaq Tağıyevin arzusu hələlik reallaşmır və atdığı bütün addımlar nəticəsiz qalıb.

Hər dəfə bir bəhanə ilə Mənsimovla görüşünə imkan verilmir.

Çarəsiz qalan "Xəzər"li Mübariz bəyin yaxın ətrafı ilə əlaqəyə keçib. O, yalnız bu yolla arzusuna çatacağına ümid edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti