Mahirə “get“ dedi, ŞOK AÇIQLAMA verdi: “Restorandan bizi qovdular, yemək vermədilər“

25 Yanvar 2022 23:40 Problem 2 857
Mahirə “get“ dedi, ŞOK AÇIQLAMA verdi: “Restorandan bizi qovdular, yemək vermədilər“

“Mahirin “Legiya“da üzləşdiyi problem hardasa mənə tanışdır“.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında millinin sabiq müdafiəçisi Rail Məlikov deyib.

7 il öncə Türkiyədə legioner həyatı yaşamış veteran futbolçu “Dənizlispor“da keçirdiyi günləri yada salıb.

Yaxınlarda karyerasını başa vuran Məlikov bildirib ki, Mahir Emreli Polşadan ayrılmalıdır:

“Klubun fanatlarının futbolçuların olduğu avtobusa daxil olması və ona əl qaldırması müəmmalı hadisədir. Niyə yerli futbolçuları yox, Mahir və başqa legioneri vurublar?

Futbolçu psixologiyası tamam fərqlidir. Belə hadisəər heç vaxt yaddan çıxmır, beyində dərin iz buraxır. Mahir, yaxşı olar ki, Avropada özünə başqa klub tapsın.

Düzdür, “Legiya“ onu asanlıqla buraxmayacaq, çünki müqaviləsi var. Onlar da istəyir ki, Mahirdən pul qazansınlar.

Yadıma gəlir, “Dənizlispor“da oynayanda, bizə də bəzən yerli azarkeşlər sərt etiraz bildirirdi.

Uduzduğumuz oyundan sonra Dənizli şəhərində heç yerə çıxa bilmirdik. Getdiyimiz restorandan bizi qovurdular, yemək vermirdilər“.

Digər Xəbərlər
Xəbər Lenti