“Mahir mənə dedi ki... Onun haqda çox müsbət fikirdə idim, tərifləyirdim”

21 Yanvar 2022 20:20 Problem 895
“Mahir mənə dedi ki... Onun haqda çox müsbət fikirdə idim, tərifləyirdim”

"Onun barəsində xüsusi heç nə deyə bilmərəm".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın baş məşqçisi Aleksandar Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında "Legia.net" saytına müsahibəsində deyib.

43 yaşlı mütəxəssis 24 yaşlı hücumçu ilə bir dəfə danışdığını bildirib:

"Bu, o demək deyildi ki, Mahir yanvarda qayıtmayacaq. Dedi ki, özünü klubda və komandada pis hiss edir. Bu qərarına təəccübləndim.

Barəsində çox müsbət fikirdə idim, tərifləyirdim. Amma anlayıram ki, hər bir situasiyadan öz məqsədləri üçün yararlanmaq istəyən insanlar var.

Bu söhbətlə də vasitəçiliyim başa çatdı".

Digər Xəbərlər
Xəbər Lenti