“Elxan Məmmədovla dedim, işləmək istəyirəm, pul istəmirəm, mənə cavab verdi ki...”

27 Noyabr 2021 16:00 Problem 1 692
“Elxan Məmmədovla dedim, işləmək istəyirəm, pul istəmirəm, mənə cavab verdi ki...”

“AFFA strategiyasını dəyişdirməlidir, futbol belə gedə bilməz”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında millinin keçmiş üzvü Mahir Şükürov deyib.

Bir neçə il öncə futbolçu karyerasını bitirən müdafiəçi federasiyanın fəlaiyyətinin bu sahəni uçuruma apardığını bildirib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan “Futbol söhbəti”nə qatılan veteran AFFA-nın icraçı viste-prezidenti Elxan Məmmədovla görüşdüyünü xatırladıb:

“Mən ona dedim ki, işləmək istəyirəm, pul istəmirəm. Onunla puldan danışmadım.

Dedim ki, əgər işləyə bilməsəm, məni AFFA-dan uzaqlaşdırarsız. O da qayıtdı kı, elə şey olar? Neçə vaxtdır heç bir xəbər yoxdur.

Mən görürəm ki, AFFA-nın narazı futbol adamları ilə barışığa getmək, onları geri qaytarmaq fikri yoxdur. Açığı, qorxurlar.

Həmin insanlara iş versələr, onlar da nəticə versə, sonra hamı deyəcək ki, aha, düzdür də, problem sizdə imiş, çəkilin kənara. AFFA-dakılar da vəzifələrini itirməmək üçün futbolu bilən insanları özündən uzaq tutur.

Deyirəm, mən Yusifin (AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev) işini görə bilmərəm?

Mən millidə oynayan vaxt o, AFFA-nın Futbol Akademiyasında qadın futbolçulara yorğan-döşək paylayan idi. Otaq-otaq gəzib, balışüzü verirdi.

AFFA ona uşaq futbolunu tapşırıb indi. Guya nə üş görür ki? Mənə deyirlər ki, Yusif ingilis dilini bilir.

Bunlar 13-14 ildir AFFA-nı idarə edirlər, hələ də başa düşməyiblər ki, futbolu bilmək, onu hiss etmək lazımdır.

İngilis dilini öyrənməklə futbolda idarəçilik etmək mümkün olsaydı, İngiltərə hər dünya çempionatında birinci yer tutardı”.

Digər Xəbərlər
Xəbər Lenti