Koronavirusun yeni ştamı

27 Noyabr 2021 02:30 Problem 673
Koronavirusun yeni ştamı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada aşkarlanan yeni koronavirus ştamına “Omicron” adını verib.

İlkin məlumatlara görə, “Omicron” ştamı daha yüksək yoluxma riski daşıyır.

ÜST Cənubi Afrikada 77, Botsvanada 4, Honq Konqda 2, İsrail və Belçikada hər birində 1 yoluxma aşkarlanan “B.1.1.529” ştamını “Omicron” adlandırıb.

Qeyd edilir ki, “Omicron” ştamı Cənubi Afrikanın bütün bölgələrində artır.

Belçika Avropada ilk təsdiqlənmiş yeni koronavirus ştamını görüb. Bu hadisə 11 noyabrda Misirdən qayıdan və 11 gün sonra simptomlarını hiss edən gənc, peyvənd edilməmiş bir qadın kimi təsvir edilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”