Gorus-Qafan yolunun açılışını anklavların verilməsi müqabilində mübadilə olarmı?

24 Noyabr 2021 22:30 Problem 647
Gorus-Qafan yolunun açılışını anklavların verilməsi müqabilində mübadilə olarmı?

“Bizim mövqeyimiz belədir: xəritədə çəkilmiş anklavlar hansı hüquqi əsaslara malikdir? Burada hüquqi əsasın olub-olmadığını başa düşməliyik”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı “Gorus-Qafan yolunun açılışını anklavların verilməsi müqabilində mübadilə olarmı?” sualına cavabında deyib.

“Əvvəlcə bu ərazilərin qaytarılması üçün hüquqi əsasların olub-olmadığını anlamaq lazımdır. Ola bilsin ki, bu ərazilər bir mehriban kolxozun digərinə hədiyyəsi olub... Biz bu anklavların haradan gəldiyini, necə anlayışlar olduğunu anlamaq istəyirik. Beynəlxalq hüquqda oxşar təcrübə var, lakin İrəvan hələlik bu barədə danışmaq istəmir, çünki demarkasiya və delimitasiya prosesi hələ başlamayıb”, - deyə Paşinyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"