“Yuventus”un 2 futbolçusu “Çelsi” ilə oyunda olmayacaq

28 Sentyabr 2021 01:52 Problem 396
“Yuventus”un 2 futbolçusu “Çelsi” ilə oyunda olmayacaq

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Çelsi” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisinin iki futbolçusu – Paulo Dibala və Alvaro Morata sözügedən oyunu buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri yerli mətbuata açıqlamasında deyib. O, hər iki oyunçunun zədə səbəbindən “Çelsi”ylə matçda iştirak etməyəcəyini deyib.

Sentyabrın 29-da keçiriləcək “Yuventus” – “Çelsi” matçı saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti